mobil versiya

İsrailin Livanın Yunine qəsəbəsinə endirdiyi zərbə nəticəsində 23 suriyalı həlak olub



Dünən axşam saatlarında İsrailin Livanın Yunine qəsəbəsində üçmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində hamısı suriyalı, çoxu qadın və ya uşaq olmaqla azı 23 nəfər həlak olub.


Reportyor.az xəbər verir ki, bunu bələdiyyə sədri Əli Qusas Reuters agentliyinə açıqlamasında deyib.

Qusas daha səkkiz nəfərin yaralandığını bildirib.
KARUSEL / DÜNYA
Tarix: 26-09-2024, 13:11