ANAMA-ya minaaxtaran itlər hədiyyə verilib
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə “Azərlotereya” ASC tərəfindən alınmış üç minaaxtaran it Qarabağ Dirçəliş Fondunun vasitəçiliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) hədiyyə edilib.
Reportyor.az xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə müsahibəsində söyləyib.
O bildirib ki, Böyük Qayıdış dayanıqlı məskunlaşma təhlükəsizlik təmin edilmədən mümkün deyil. Bu səbəbdən də ANAMA-nın işləri haqqında məlumatın ictimaiyyətə təqdim olunması, Qarabağ Dirçəliş Fondunun donorları tərəfindən bu fəaliyyətin dəstəklənməsi bizim əsas məqsədlərimizdəndir.
KARUSEL / ÖLKƏ
Tarix: 30-10-2024, 11:28