Hazırda Bakıda 32 km velosiped yolu çəkilib
Paytaxtda 8 Noyabr prospektindəki zolaq da daxil olmaqla, 80 km mikromobillik şəbəkəsinin qurulması hədəflənir.
Bunu Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyib.
O bildirib ki, hazırda Bakıda 32 km velosiped yolu çəkilib.
“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasının növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, - deyə o qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-10-2024, 11:29