mobil versiya

Taqanroq şəhərinə raket hücumu nəticəsində sənaye obyekti zədələnib





Bir gecədə baş verən raket hücumu Rusiyanın cənub-qərbindəki Taqanroq limanında sənaye obyektinə və çoxlu sayda avtomobilə ziyan vurub.

Reportyor.az xəbər verir ki, bunu Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar Telegram mesajlaşma proqramında bildirib.

Yuri Slyusar deyib ki, ilkin məlumatlara görə, heç kim xəsarət almayıb.

Slyusar 14 avtomobilin alovlandığını deyib, lakin o, başqa nəyin vurulduğu və hücumun nə qədər böyük olduğu barədə təfərrüatları açıqlamayıb.


KARUSEL / DÜNYA
Tarix: 11-12-2024, 10:09