mobil versiya

AZAL-ın təyyarəsi Xəzəri böyük çətinliklə keçib – Hərəkət traektoriyası paylaşılıb




“Flightradar24” (təyyarə transponder siqnallarına əsaslanan uçuş izləmə xidməti – red.) saytı dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL-ın sərnişin təyyarəsinin traektoriyasının 3D versiyasını paylaşıb.


Sözügdən paylaşımdan görünür ki, Rusiya ərazisindəki hava limanlarına enişinə icazə verilməyən və Aktau hava limanına yönləndirilən təyyarə qəzaya uğramamışdan əvvəl Xəzər dənizini böyük çətinliklə keçib.

Traektoriyadan dan aydən olur ki, təyyarə tarazlığın pozulması səbəbindən tez-tez qalxıb-ensə də, pilotların böyük əzmkarlığı nəticəsində Aktauya çatmağa nail olub.

Qeyd edək ki, yerli mənbələrin açıqladığı məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” sistemi tərəfindən vurulduqdan sonra ciddi zədə alıb. Hidravlik və elektron sistemi sıradan çıxan təyyarəni idarə etmək çətinləşib və nəticədə pilotlar Aktau hava limanına məcburi eniş etməli olublar.

Lakin təəssüf ki, eniş əsnasında baş verən uğursuzluq göyərtədə olan 67 sərnişin və heyət üzvü olan təyyarənin qəzaya uğramasına gətirib çıxarıb. Qeyd edək ki, qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.(“AzPolitika.info”)


KARUSEL / GÜNDƏM
Tarix: Dünən, 12:08