Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib
Həkimlər ağır vəziyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.
Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.
O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.
Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.
Xatırladaq ki, daha əvvəl aktyorun ölüm xəbəri yayılıb.(report)
KARUSEL / CƏMİYYƏT
Tarix: 2-01-2025, 19:12