Azərbaycanın ilk qadın pianoçu Kövkəb Səfərəliyeva
Bu gün Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu, maarifçi, professor, Xalq artisti Kövkəb Səfərəliyevanın anadan olamasının 118 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Kövkəb Səfərəliyeva Bakı musiqi texnikumunda, Azərbaycan Dövlәt Konseravatoriyasının fortepiano şöbәsindә təhsil alıb. 1926-cı ildәn Kövkәb Səfərəliyeva pedaqoji fəaliyyətə başlayıb. O, Türk qadın seminariyasında çalışıb, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında tәcrübәçi-pedaqoq sonra isә “Xüsusi fortepiano” sinfinin pedaqoqu kimi fəaliyyət göstərib, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. Musiqi təhsilinin inkişafında böyük əməyi olan Kövkəb xanım 1937-ci ildə Konsevatoriyanın nəzdində orta ixtisas musiqi məktəbini yaradıb (indiki Bülbül adına məktəb) və 1952-ci ilə qədər oranın direktoru olub.
Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün topluların tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir.
Xalq artisti 1985-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-01-2025, 11:26