mobil versiya

Azərbaycan millisi bu gün Belarusla üz-üzə gələcək



Bu gün  Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla qarşılaşacaq.

Reportyor.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.

Oyunun baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Fernandu Santuşun rəhbərlik etdiyi komanda martın 22-də Haiti ilə keçirdiyi yoldaşlıq matçında məğlub olub – 0:3.
Yoldaşlıq matçı
25 mart
21:45 Azərbaycan – Belarus
Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit Qabisonia (Gürcüstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
“Bank Respublika Arena”

KARUSEL / İDMAN
Tarix: 25-03-2025, 11:25