mobil versiya

İran ABŞ danışıqları ərəfəsində real və ədalətli razılaşma əldə etməyə çalışır




Ali dini lider Ayətullah Əli Xameneinin baş müşaviri Əli Şamxani deyib ki, İran Omandakı danışıqlardan əvvəl ABŞ ilə real və ədalətli nüvə razılaşması əldə etməyə çalışır.

Reportyor.az xəbər verir ki, bunu Əli Şamxani X-də deyib.

"İranın xarici işlər naziri Amerika ilə dolayı danışıqlar üçün tam səlahiyyətlə Omana gedəcək. Tehran şou göstərməkdən və sadəcə olaraq kameralar qarşısında danışmaqdan uzaq, real və ədalətli razılaşma axtarır".
KARUSEL / DÜNYA
Tarix: 11-04-2025, 12:39