mobil versiya

Səfir Ronen Krausz Azərbaycanda xristian icmasının rəhbərləri ilə görüşlər keçirib




İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Azərbaycanda xristian icmasının rəhbərləri ilə bir sıra görüşlər keçirib

Bu barədə İsrail Dövlətinin ölkəmizdəki səfirliyi sosial şəbəkə hesabında məlumat verib.

Bildirilir ki, bu görüşlər ölkənin zəngin dinlərarası dialoq və qarşılıqlı hörmət ənənəsini bir daha nümayiş etdirib.


Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə Pravoslav Dini-Mədəniyyət Mərkəzində baş tutan görüşdə pravoslav icmasının həyatı və Azərbaycanın dinlərarası dialoq modeli müzakirə olunub. Başqa bir görüşdə isə Səfir Mixail-Arxangel pravoslav kilsəsinin protoiyereyi Mefodi Əfəndiyevlə görüşərək pravoslav icmasının Azərbaycanın multikultural həyatındakı rolu barədə fikir mübadiləsi aparıb.

Səfir həmçinin Katolik Kilsəsinin Apostol Prefekturasında yepiskop Vladimir Fekete ilə görüşüb. Söhbət zamanı Azərbaycandakı katolik icmasının həyatı, ölkədə yüksək səviyyəli dinlərarası əməkdaşlıq və dövlətin Katolik Kilsəsinə göstərdiyi diqqət və qayğı ətrafında müzakirələr edilib.

Reportyor.az





KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 15:16