“Çelsi” “Sanderlend”in futbolçusu üçün danışıq aparır

“Sanderlend”in yarımmüdafiəçisi Noah Sadiki “Çelsi”yə keçə bilər.
“Çelsi” 21 yaşlı futbolçuyla müqavilə imzalamaq üçün danışıqlar aparır. Ötən həftə klubun rəhbərliyi ilə yarımmüdafiəçinin nümayəndələri arasında yeni danışıqlar baş tutub.
Sadiki 2025-ci ildə 17 milyon avroya Belçikanın “Union” klubundan “Sanderlend”ə keçib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2030-cu ilə qədərdir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 29 oyunda meydana çıxıb və qol vurmayıb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 20-04-2026, 12:46



























