Torres – Dünyanın ən yaraşıqlı 10-cu futbolçusu
Xarici KİV xəbər verir ki, ispaniyalı forvarda dünyanın ən yaraşıqlı futbolçularının yer aldığı reytinqə düşən oyunçuları tapmaq təklif olunub. Torres aparıcıların verdiyi ipucları əsasında futbolçuların adlarını təxmin edib.
Siyahının ilk pilləsində Kriştiano Ronaldo qərarlaşıb. İlk 10-luqda həmçinin, Çud Bellingem, Devid Bekhem, Fernando Torres, Marko Asensio, Xames Rodriges, Serxio Ramos, Cek Qriliş, Olivye Jiru və Ferran Torres yer alıb.
Siyahının müəllifləri Ferranı 10-cu pilləyə yerləşdiriblər. Bunu eşidən “Barselona”nın hücumçusu zarafatla belə deyib:
“Bu, saç düzümünə görədir”.
10-luqda “Real”la əlaqəsi olan 6 futbolçu yer alıb. Hazırda “Barselona”nın formasını geyinən oyunçular arasında isə siyahıya yalnız Ferran Torres düşüb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:38



























