Azərbaycanda qızıl və gümüş istehsalının həcmi nə qədər olub?

Yeddi ayda qızıl istehsalı 12,1 faiz azalaraq 1637,4 kiloqram olub
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bu barədə deyilir.
Avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında qızıl üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 162,5 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 15 faiz azalaraq 2154 kiloqram təşkil edib.
Avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq 600,4 kiloqram qeydə alınıb.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:49


























