Energetik içkilərin həddindən artıq istehlakına diqqət yetirək

Energetik içkilərin tərkibində kofein və digər stimullaşdırıcı maddələr olur.
Bu barədə AQTA xəbər verir.
Energetik içkilərin həddindən artıq istehlakı:
- ürək döyüntülərinin artmasına;
- qan təzyiqinin yüksəlməsinə;
- yuxusuzluğa;
- narahatlıq və əsəbiliyə səbəb ola bilər.
Yaşı 18 və yuxarı sağlam insanlar üçün gündəlik 400 mq-dan artıq kofein istehlakı tövsiyə edilmir. Bununla yanaşı, kofeinə fərdi həssaslıq, yaş, hamiləlik və insanın sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır.
İstehlakçılara tövsiyə olunur:
- Energetik içkiləri həddindən artıq və tez-tez istehlak etməyin;
- Məhsulun üzərində göstərilən kofein miqdarına diqqət yetirin və gün ərzində müxtəlif mənbələrdən qəbul etdiyiniz ümumi kofein miqdarını nəzərə alın;
- Energetik içkiləri alkoqollu içkilərlə birlikdə qəbul etməyin;
- Ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və digər sağlamlıq problemləri olan şəxslər energetik içkilərdən istifadə etməzdən əvvəl həkim məsləhəti alsınlar.
Unutmayaq: Energetik içki adi sərinləşdirici içki deyil. Bu içkiləri istehlak edərkən onların tərkibinə, kofein miqdarına və etiketdə göstərilən xəbərdarlıqlara diqqət yetirmək vacibdir.
Etiketi oxuyun, kofein miqdarına diqqət edin, sağlamlığınızı qoruyun!
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:00


























