mobil versiya

Türkiyəli məşhur aparıcı: “Azərbaycanda insanlarda inanılmaz tərbiyə var” - VİDEO



Azərbaycanda maaşlar Türkiyəyə nisbətən daha düzgün verilir.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin məşhur şoumeni Okan Bayülgen “Uykusuzlar Kulübü” proqramında deyib:
“Bakıya getdiyim zaman oranı çox bəyəndim. İnanılmaz xoşuma gəldi. Hətta Bakıda ev kirayələmək belə istədim. Mənə dedilər ki, səni Azərbaycana transfer edək və Bakıda proqram apar. Ancaq veriləcək ödənişi hesabladıqdan sonra pulun az olduğunu söylədim. Çünki o pula görə buradan oraya gedib-gəlməyə dəyməz.

Türkiyəyə gəldikdən sonra isə illərcə bizim televiziyalarda çox pul verildiyini düşündüm. Bizdə televiziya işçilərini ərköyünləşdiriblər. Azərbaycanda isə televiziyalar öncədən nəyə gücü çatdığını deyir.

Hazırda bizim televiziyalar batarkən burada da işçilər Bakıda verilən maaşa yaxın pul alırlar. Düzdür, televiziyada işləyənlər bu məbləğlə razı deyillər. Amma əslində, bu normaldır. Həmin pulu alqdıqdan sonra Bakıda proqram apara bilərəm”.

Şoumen azərbaycanlıların tərbiyəli insanlar olduqlarını qeyd edib:

“Bakıda olarkən hoteldən çıxıb şəhəri gəzmək istədim. Bu zaman bir nəfər məni izlməyə başladı. Yavaş-yavaş insanların sayı çoxaldı. Düşündüm ki, məni döyəcəklər. Sonda onlardan nə istədiklərini soruşanda, niyyətlərinin mənimlə şəkil çəkdirmək olduğunu, amma yaxınlaşmağa çəkindiklərini dedilər. Azərbaycanda insanlarda inanılmaz tərbiyə var. Bu, xoşuma gəlir”.

Qeyd edək ki, proqramda Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova və türkiyəli müğənni Yavuz Bingöl iştirak edib.

MANŞET / SON XƏBƏR / KARUSEL / VİDEOXƏBƏR
Tarix: 3-01-2020, 22:30