AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsi qəzaya düşüb, ölən var
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb. İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Məlumata görə, qəza nəticəsində 10 nəfər sağ qalıb.
***
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
MANŞET / KARUSEL / İQTİSADİYYAT
Tarix: Dünən, 11:33