mobil versiya

Erməni mediası: "Paşinyan Moskvada müqavilə imzalayacaq, Ermənistan hərbçiləri Qarabağdan çıxacaq"




Dağlıq Qarabağın qanınsuz və separatçı rejiminin mediası bir xəbər yayıb.

Xəbərdə deyilir: "Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan Moskvaya səfəri zamanı bir müqavilə imzalayacaq (oradakı bəndlərdən birinə görə), bundan sonra Ermənistan "Artsax"dan qoşunlarını geri çəkməli olacaq. Ermənistandan "Artsax"a xidmətə gələn bütün hərbçilər nəzərdə tutulur. Görünən budur ki, Ermənistan hakimiyyəti "Artsaxı" əllərinin kiri kimi, yuyub, atır..." (Dırnaq işarələri Musavat.com -undur)

Bizim şərh: Beləliklə, 3-lü müqavilənin ictimaiyyətə elan olunmayan hissələri işləməyə başlayır. Azərbaycan iqtidarı səbrlə onların icra ediləcəyi zamanı gözləyir. Xankəndindən və şərti olaraq Dağlıq Qarabağ adlandırılan bütün ərazidən Ermənistana aid silahlı qüvvələr ən yaxın zamanlarda çıxarılacaq.

Onların yerini isə Rusiya sülhməramlıları, bəzi fraqmentlərdə isə Azərbaycan - Türkiyə ortaq qüvvətləri tutacaq.

Musavat.com
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 7-01-2021, 23:55