Peris Hiltonun bahalı gəlinliyinin qiyməti açıqlandı - FOTO
Ötən gün müğənni və model Peris Hiltonun toyu olub.
REPORTYOR.AZ xəbər verir ki, o, uzun müddətdir eşq yaşadığı iş adamı Karter Reumla ailə həyatı qurub. Model özəl günündə "Oscar de la Renta" markalı gəlinlik geyinib.
Peris toyda bahalı gəlinliyi ilə diqqət çəkib. Onun libasının qiyməti 21 760 dollar (37 min AZN) təşkil edib.
Qeyd edək ki, məşhurun xoş gününə Emma Roberts, Eşli Benson və Bibi Reksa kimi tanınmışlar qatılıblar. Peris Hilton “Hilton” otellər şəbəkəsinin varisidir. O, iş adamı Karter Reumla bu ilin fevralında nişanlanıb.
MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 13-11-2021, 15:20