Şeymanın bu hərəkəti Demet Akalını qəzəbləndirdi - QALMAQAL + FOTO
Türkiyənin məşhur bloqeri Şeyma Subaşının sosial mediada paylaşdığı video başına bəla olub.
Oxu.Az xəbər verir ki, Şeymanın “Türkiyə yeməkləri italyan yeməkləri ilə rəqabət apara bilməz. İtalyan mətbəxi dünyanın ən yaxşısıdır” fikri qalmaqallı müğənni Demet Akalının səbrini daşırıb.
Belə ki, sənətçi bloqerin rəsmi “YouTube” hesabında yayımladığı “Şeyma və Quido - Karantində bir gün” videosuna kəskin şəkildə etirazını bildirib. Demet Akalın Subaşıya "Ağzınızın dadını bilsəydiniz, burnunuzun ucunu yeyərdiniz" sözləri ilə sərt reaksiya verib.
Tək D.Akalın deyil, Ş.Subaşının izləyiciləri də bloqerin italyan mətbəxini tərfiləməsini birmənalı qarşılamayıblar. Onlar məşhuru tənqid atəşinə tutublar.
Qeyd edək ki, Şeyma Subaşı məşhur iş adamı Acun Ilıcalıdan 2018-ci ilin noyabrın 26-da boşanıb. Onların Melisa adlı qızı var. Hazırda Şeyma italiyalı DJ Quido Seniada ilə eşq yaşayır. Ötən il Türkiyə mediasında cütlüyün evlənəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
MARAQLI / Şou-biznes / KARUSEL / DÜNYA / VİDEOXƏBƏR
Tarix: 23-04-2020, 13:20