Diabet riskini azaltmaq öz əlinizdədir - TƏBİB
Diabet riskini azaltmaq öz əlinizdədir! Tip 2 diabet riskini azaltmaq mümkündür. Bunun üçün aktiv həyat tərzi, sağlam qidalanma, sağlam çəki, həkim müayinəsindən mütəmadi keçmək və stresi idarə etmək lazımdır.
Reportyor.az xəbər verir ki, bu, TƏBİB-in yaydığı məlumatda qeyd edilib.
Gündəlik olaraq ən azı 30 dəqiqə fiziki aktivlik vacibdir. Gəzinti, qaçış, üzgüçülük və ya rəqs qan şəkərinizi nəzarətdə saxlamağa kömək edir.
Bol tərəvəz, meyvə, taxıl və liflə zəngin qidalar qəbul etmək, şəkərli və yüksək kalorili qidalardan uzaq olmaq lazımdır.
Stres hormonları qan şəkərini yüksəldir, meditasiya və nəfəs məşqləri ilə isə stresi azaltmaq mümkündür.
Unutmayın ki, erkən diaqnoz və tədbirlərlə diabet riskini azalda bilərsiniz. Bunun üçün qan şəkərinizi və digər sağlamlıq göstəricilərizi nəzarətdə saxlamalı, müntəzəm olaraq həkim müayinələrindən keçməlisiniz.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 9-12-2024, 14:32