mobil versiya

Qida mifləri: Limonlu su yağ yandırır?






Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında limonlu suyun insan orqanizmində yağ yandırması və maddələr mübadiləsini sürətləndirməsi ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.

AQTİ-nin mütəxəssisləri bildirirlər ki, limonlu suyun birbaşa yağ yandırdığı və ya maddələr mübadiləsini nəzərəçarpacaq dərəcədə sürətləndirdiyi elmi olaraq sübutunu tapmayıb. Limon əlavə edilmiş su yağ hüceyrələrini parçalamır və öz-özlüyündə çəki itkisinə səbəb olmur.

Bununla belə, limonlu su gündəlik su qəbulunun artırılmasına və adi suya xoş dad verilməsinə kömək edə bilər. Eyni zamanda, az miqdarda C vitamini mənbəyi hesab olunur. Şəkərli və yüksək kalorili içkilərin əvəzinə limonlu suya üstünlük verilməsi isə gündəlik enerji qəbulunun azalmasına dolayı yolla töhfə verə bilər. Lakin bu xüsusiyyətlər limonlu suya xüsusi “yağyandırıcı” təsir qazandırmır.
Mütəxəssislərin fikrincə, çəki və yağ kütləsinin azalmasında balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və davamlı sağlam həyat tərzi əsas rol oynayır.

 

Reportyor.az 



SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 17:42