TƏBİB rəsmisindən koronavirusdan ölüm sayı ilə bağlı - Açıqlama
“Deməzdim ki, Azərbaycanda koronavirusdan ölüm sayı yüksəlib”.
REPORTYOR.AZ xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov “REAL İntervyu”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, yoluxma sayına ekvivalentdir:
“Yoluxma sayı çox olanda, ölüm sayı da çox olur. Məsələn, bugünkü məlumatda 2300 gündəlik yoluxma qeydə alınıb. 36 nəfər ölüb. Faizlə hesablasaq, bu, təxminən iki faiz edir.
Dünyaya baxsaq, ölüm halları yoluxmanın beş faizi qədərdir. Ölüm hallarını yoluxma ilə müqayisə etsək, deməzdim ki, yüksəkdir.Bizdə pandemiya başlayandan indiyədək ölüm faizi ikidən çox olmayıb”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-04-2021, 22:00