“Aljazeera” Azərbaycan ərazilərində ermənilərin basdırdığı mina qurbanları barədə reportaj yayımlayıb - VİDEO
Nüfuzlu “Aljazeera” telekanalında Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların qurbanları haqqında reportaj yayımlanıb.
REPORTYOR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda müharibədən sonra 100-dən çox mülki şəxsin mina partlayışı nəticəsində həlak olduğu və ya yaralandığı qeyd edilib.
İşğaldan azad edilmiş Ağdam rayonunun sakini Əsli Mahmudova telekanalın müxbiri Rəsul Sərdara müsahibəsində oğlunun minaya düşərək həlak olduğunu, onun iki azyaşlı övladının atasız qaldığını söyləyib.
Diqqətə çatdırılıb ki, Ermənistan 1994-cü ildə elan olunmuş atəşkəsdən sonra Azərbaycanın işğal edilmiş ərazilərində dünyanın digər münaqişə bölgələrindəki minaların sayından daha çox mina basdırıb.
Fermer Xalid Tahirov telekanala müsahibəsində deyib ki, o, minalanmış ərazilərdə heyvanlarını otara bilmir.
Reportajda həmçinin qeyd olunub ki, Azərbaycan hökuməti Ermənistanın minalanmış ərazilərin bütün xəritələrini vermək istəmədiyini bəyan edib.
Diqqətə çatdırılıb ki, Ermənistan Ağdam rayonunda basdırılmış 100 minədək minanın xəritəsini Azərbaycana təqdim edib, lakin digər rayonların analoji xəritələrini də verməlidir.
SON XƏBƏR / KARUSEL
Tarix: 5-07-2021, 15:45