mobil versiya

Türkiyədə terrorçular beş dinc sakini öldürdü: Əməliyyat başladı



Türkiyənin Diyarbəkir vilayətində yerləşən Kulp rayonunda PKK terrorçularının yol kənarında yerləşdirdiyi, kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində meşəyə odun toplamağa gedən beş dinc sakin həlak olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bölgəyə çoxlu sayda jandarm və təcili tibbi yardım dəstələri cəlb olunub.

Təhlükəsizlik orqanları terrorçuların zərərsizləşdirilməsi məqsədilə bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 8-04-2020, 13:45