mobil versiya

Amerikalı alim ermənilərlə bağlı elə şeylər dedi ki.... - "....bu qeydlərin əksəriyyəti saxtadır..."




2008-ci ildə Nyu-Yorkda yaradılan Türk-Amerikan Təhlükəsizlik Vəqfi (TASFO) ABŞ-da mənfəət güdməyən yerli və qlobal bir təhlükəsizlik fondudur və fanatik, böhtançı və irqçi erməni soyqırımı ilə mübarizədə Türk diasporasında əsas rol oynayır.  

Bu alimlərdən biri də məşhur amerikalı tarixçi və alimi professor Castin Makkartidir.  Castin Makkarti Kentukki, Louisvilledə yerləşən Louisville Universitetinin tarix üzrə professorudur. O,  Osmanlı tarixinin mütəxəssisidir.  Çox sayda kitabı və nəşri arasında ən məşhur kitabı "Ölüm və sürgün: Osmanlı Müsəlmanlarının etnik təmizlənməsi, 1821-1922" adlı kitabı 1995-ci ildə nəşr edilib.

Beləliklə, professor Castin Makkarti ilə müsahibənin ikinci hissəsini təqdim edirik:

Əvvəli burada: https://reportyor.az/manset/8932-amerikali-alimden-sok-sozler-ermeniler-cox-vaxt-oz-hemyerlilerine-qarsi-terror-taktikasindan-istifade-edirdiler-musahbe.html


- Doğrudur.  Bəs tədqiqatınızda Osmanlı ermənilərinin bu qanqsterlər tərəfindən Osmanlı Hökümətini gördüyü kimi qırıldığına dair bir dəlil varmı?

- Xeyr.  Yəni böyük miqyaslı qırğınları nəzərdə tutursunuz, eləmi?  Buna dair heç bir dəlil yoxdur.  İşə uymayan digər erməniləri öldürdüklərinə dair dəlillər var, lakin bunlar ayrıca nümunələrdir.  Böyük erməni qırğınlarının digər ermənilər (daşnaklar) tərəfindən həyata keçirildiyi barədə heç bir dəlil yoxdur.  Bunun ümumiyyətlə baş verdiyini düşünmürəm.

- Qondarma erməni soyqırımı üçün rəsmi "öldürmə əmri" kimi təqdim olunan məşhur Andoniya sənədlərini də qısaca qeyd etmək istərdim ... Araşdırmanıza görə bunların saxta olduğunu düşünürsünüz?

- Bəli, onlar saxtadırlar. Bu artıq bir çox tarixi mənbə ilə sübut edilib.  İki türk alimi Osmanlı arxivində araşdırma aparıb.  Andonyanın dedikləri (tarixi mənbələrdə Naim bəy deyə keçir) bütün qeydlərə baxdılar ... Bütün nömrələri, insanların orada olub olmadığını, imzalarını və s. yoxladılar ... Məlum oldu ki, hamısı saxtadır.  Açığını deyim ki, burada hər detala açıqlama verə bilmirəm. Dediklərimin arasında telegram nömrələri və s. də var. Osmanlılar göndərilən bütün teleqramları qeyd etmişdilər.  Andonyanın teleqramlara verdiyi rəqəmlər tamamilə səhv idi.  Onlar həmin vaxt göndərilə bilməzdilər.  Məsələn, Hələb valisinə aid olduğu iddia edilən imza onun imzası deyildi.  Biri imzasını təqlid edib onun imzası olduğunu demişdi.  O zaman bu mövzuda yalnız erməni qrupları danışırdı.

 - Yaxşı, türkiyəli akademik Taner Akçam, "Öldürmə Sifarişləri" və "Naim Bəyin Xatirələri" adlı iki kitab yazıb ... Hər iki kitabda da bu sənədlərin əvvəllər qeyd etdiyiniz iki Türk akademik tərəfindən göstərildiyi kimi saxta olmadığını bildirilir.  Sizcə Akçamın araşdırması inandırıcı deyil?


 - Mən yalnız kitablarından birini görmüşəm.  O kitabın məzmununa baxsanız, "bu həqiqət olmalıdır, çünki filan erməni qrupları bunun doğru olduğunu söyləyirlər" və s. - deyə, qeyd edilir.  Saxta imzalar, səhv teleqram nömrələri və s.  Bu cür şeylərlə əlaqəli ifadələr həqiqətə cavab vermir.  Sadəcə vermək istədiyi sualları verir.  Ya da "oh, bu doğru olmalıdır, çünki Qüdsdəki Erməni Patriarxlığı bunun doğru olduğunu söyləyir."  Əlavə edim ki, Qüdsdəki Erməni Patriarxlığı kimi verdiyi mənbələr, görməyimizə icazə verilməyən mənbələrdir.  Biz onlara baxa bilmərik.  "Bu dəlil Yerusəlimdəki erməni patriarxlığında, Bostondakı bu daşnak arxivində" və s – ifadələri işlədirdirsə, demək burada da tarixi saxtakarlıq var. Yəni, heç vaxt onları görməyimizə icazə verilməyəcək deyə, rahatlıqla bunu yazmaq mümkündür.  Yerevandakı erməni qeydlərini belə…

Adını xatırlaya bilmirəm, amma ermənipərəst bir türk akademik ora gedib qeydləri yoxlamağa çalışmışdı və adamı dərhal həbs etdilər  (gülür). Lakin, Osmanlı arxiv qeydləri uzun illərdir açıqdır və əlaçatandır.

- Növbəti sual daha çox “ABŞ səfiri Morgenthaunun hekayəsi” kitabı ilə əlaqədardır ... Erməni xalqını məhv etmək üçün irəli sürdüyü iddialar haqqında yazdığı kitab ... Bir başqa İngilis tarixçi və filosof Arnold Toynbee də “Mavi Kitab” adlı bir kitab kitab yazıb.  Bunlarla bağlı ümumi fikirlərinizi öyrənə bilərikmi? Bunlar əsasən təbliğat xarakterli yayımlar idimi?

 - Onları qısaca izah etmək həqiqətən çətindir. "Mavi kitab" haqqında 100 səhifədən ibarət bir kitab yazdım.  Mavi Kitab Morgenthau-nun kitabı ilə eyni deyil.  Mavi Kitab İngilis Təbliğat Təşkilatı "Wellington House" tərəfindən yazılmış bir təbliğat əsəri idi.  Türklərin pis görünməsi üçün yazılmış təbliğat əsəri. Təbii ki, o dövrdə müəyyənləşdirmədikləri və sonradan tapdığımız mənbələr əsasən missionerlərə aid idi.  Əslində bu missiyonlerlər arasında Daşnak Partiyasından təxminən səkkiz nəfər var idi.  Hər halda, onlar etibarlı tarixi qeydlər deyildilər.  Bundan əlavə, sənədlərin təxminən 50% -ni Amerika missionerlik təşkilatı, Amerika missionerlik agentliyini idarə edən Barton adlı bir adam göndərmişdi.  Burada da bir çox fırıldaqçılıq izləri var. Hər halda, mən  “Mavi Kitab”ın başdan- ayağa cəfəngiyat olduğunu çox yaxşı sübut edə bildim.

Gələk “Morgenthau kitabı”na... Bu kitabda da yazılanların heç bii tarixi qeydlər deyil. Qısaca deyə bilərik ki, bu kitab tamamilə xəyallarla yazılmış bir kitabdır  Məsələn, guya Alman səfiri Vangenheimin dediklərindən danışır.  Vangenheimin Berlinə yazdıqlarına baxsanız, bunların heç birini demədiyini görərsiniz.

Vangenheim guya Morgenthauya türklərin bütün erməniləri öldürməyi planlaşdırdıqlarını söyləyir.  Vangenheim bunun doğru olduğunu düşünürsə, eyni mesajı Berlinə göndərməməsi təəccüblü deyil? 
 
Eyni mesajı nə üçün heç vaxt hökumətinə göndərməyib?  İnanın, Vangenheimın bütün qeydləri məndə var.  Bunları alman dilində oxumaq olduqca çətindir.  Ancaq hamısından oxudum və inanın ki, orada bir kəlimə də belə bir şey yoxdur. Morgenthaunun özünə də nəzər salmaq vacibdir.  Morgenthau məyus bir siyasətçi idi.  Xarici İşlər Naziri olmaq istəsə də, Osmanlı İmperiyasına səfir göndərildi.  Ona Türkiyədəki səfir vəzifəsini verdilər;  əslində istəmirdi, amma məburi halda işi qəbul etdi.  Bir şeyi qeyd edim ki, o adam tamamilə irqçi idi.  Kitabını oxusan, ermənilərin üstün bir irq olduğunu və türklərin daha güclü və daha yaxşı övladları olması üçün bütün erməni qadınlarına təcavüz etmək istədiklərini xatırladır.  Yəni bütün bunları oxudun və "bu irqçi alçaq insanın dediklərinə necə inanır?"  Evinizdə qonaq kimi saxlamaq istəmədiyiniz, səfir olmaq belə istəmədiyiniz insan idi.

- Növbəti suala keçim ... Türklər ermənilərin soyqırım kimi iddia etdiklərinin Osmanlı İmperatorluğunun torpaqlarını qorumaq cəhdlərindən başqa bir şey olmadığını iddia edirlər.  İnancım da bu istiqamətdədir.  Çox vaxt iddia etdiyiniz kimi, xarici düşmənlə əməkdaşlıq edən bir qrup erməniyə qarşı Şərq sərhədlərini qorumaq üçün hərəkətə keçiblər.  Ancaq Fransa və bəzi digər dövlətlər, erməni iddialarını davamlı olaraq dəstəklədiklərini göstərir.  Sizcə bunun səbəbi nədir?  Düşünürəm ki, çatmağa çalışdığım nöqtə budur ... Həqiqətən də bu məsələdən Türkiyəyə qarşı yumşaq güc kimi istifadə etməyə çalışdılar?  

-  Erməni təşkilatlar bundan qəti şəkildə özləri üçün təbliğat vasitəsi kimi istifadə edirlər. Məsələn, bütün Şərqi Anadolunu ermənilərin adına çıxmağa çalışırlar.  Fransa, Amerika Birləşmiş Ştatları və ya digər dünya dövlətləri bunu istifadə etmələrinin səbəblərinə gəldikdə isə bildirilir ki, iki şey üçün edirlər: Ən birincisi, qərəzdir!  Müsəlmanlara və Türklərə qarşı çoxdan bəri olan qərəz;  demək olar ki, istədiyin hər şeyi söyləyə bilərsən və bir çox insan "hə, o müsəlmanlar yenidən" və ya "bəli, o türklər yenidən" deyəcək!  Digər səbəb isə Türkiyə siyasətidir.  Türkiyə hazırda dünyada çox pis bir siyasət hadisəsidir. Ancaq məsələn, Amerikadakı vəziyyətə bir nəzər salmağınızı istəyirəm.  ABŞ Konqresi uzun illər qondarma erməni soyqırımı olduğunu söyləməkdən çəkinir.  İllərdir bu ifadədən istifadə etmirlər.  Bunun səbəbi isə Türk müttəfiqləri ilə münasibətləri pozmamaqdan irəli gəlir. Konqres ermənilər və ya türklər haqqında heç bir tarixi sənədlə tanış deyil. Onların davranışlarının səbəbi sırf siyasidir.  Hal-hazırda Türkiyə haqqında, Türk tarixi haqqında istədikləri hər şeyi söyləyə bilərlər .  Amerika Konqresi onların dedikləri barədə düşüncələrini dəyişdirməyəcək, Kaliforniyadakıların siyasi baxışlarını dərsliklərinə necə yazdıqlarını, nə Nyu York ya da digər əyalətlərdə olanların fikirlərini dəyişdirməyəcək.  Bu, tarixi reallıqla heç bir əlaqəsi olmayan səbəblərdəndir.  Hər şey müasir siyasətlə bağlıdır.

 - Razılaşmıram...

-  Deyəsən sizin üçün ürəkaçan bir cavab olmadı.

-  Problem yoxdur.  Burada istədiyimiz tək şey həqiqətə çatmaqdır.  Əlavə edim ki, bunu çox elmi bir şəkildə izah etdiniz.  Çox sağ olun.  Və son sual Birinci Dünya Müharibəsi illərinə aid idi ... Sonda ən çox itki verən hansı klan oldu?  Türk tarixçiləri arasında müsəlman əhalidən ölənlərin sayının təqribən 530.000 olaraq qeyd edirlər…

Ardı var

REPORTYOR.AZ

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 27-11-2020, 21:51