Yaqub Mahmudovun yerinə Əli Həsənov gələcək - İDDİA
AMEA Tarix İnstitutunun direktoru vəzifəsinə 3 namizədin olduğu bildirilir.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, ən sensasion namizəd Prezidentin keçmiş köməkçisi, tarix elmləri doktoru Əli Həsənovdur.
Digər iki namizəd isə Milli Məclisin deputatı Musa Qasımlı və keçmiş xarici işlər naziri Həsən Həsənovdur.
Xatırladaq ki, yanvarın 22-də AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu Tarix İnstitutunun direktoru vəzifəsindən azad edib.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-01-2021, 23:00