Azərbaycan həqiqətlərini əks etdirən fotolar Mərakeşdə nümayiş etdirilir

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzeyində məşhur fotoqraf Reza Deqatinin “Müasir Odisey” adlı sərgisi açılıb.
Sərgidə 20 foto və 5 kitab nümayiş olunur. Qonaqlar burada foto sənəti dünyasının heyrətamiz nümunələrini yaxından kəşf edə bilirlər. Bu nümunələr o qədər təsirlidir ki, sanki dilə gəlib şəhidlərin qanı ilə yazılmış tarixin dərinliklərinə toxunan duyğulu hekayələr danışırlar.

Sərgi gələn il iyunun 30-dək davam edəcək.Sərginin açılışında Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov iştirak edib. (Azərtac)




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-12-2024, 10:21