mobil versiya

Tanınmış aparıcı Xose Bernardo restoranda bıçaqlanıb -YENİLƏNİB



Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

***
Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.

APA-nın məlumatına görə, bu barədə xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.
İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

***

REPORTYOR.AZ xəbər verir ki, tanınmış teleaparıcı Xose Bernardo qardaşı ilə birlikdə bıçaqlanıb. Bu barədə "Xəbərçi" adlı instaqram səhifəsi məlumat yayıb. İddiaya görə, teleaparıcı saat 19:30 radələrində "Artyom" adlanan ərazidə bıçaqlanıb. Qardaşı Rəfaellə birlikdə bıçaqlanan aparıcının vəziyyəti orta ağırdır.

***

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
APA-nın məlumatına görə, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Baxılıb: 49 Tarix: 11-11-2019, 12:15


Şərh bildir
yenilə, əgər kod görünmürsə