mobil versiya

G7 ölkələri elektrik stansiyalarının bərpasında Ukraynaya kömək edəcək



G7 ölkələri Ukraynaya yardım üçün koordinasiya mexanizmi yaradacaq.
APA xəbər verir ki, bu barədə Almaniyada keçirilən görüşdən sonra G7 ölkələrinin xarici işlər nazirlərinin yekun bəyanatında deyilir.
Dünyanın ən böyük iqtisadiyyatları Kiyevə kritik infrastrukturun bərpasına və qorunmasına kömək edəcək.
“Rusiya mülki əhalini atəşə tutmaqla qorxutmağa çalışır. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar müharibə cinayətləridir və biz insanlığa qarşı cinayətlərə görə tam cavabdehliyi təmin etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik”, - deyə bəyanatda qeyd olunub.

İQTİSADİYYAT
Tarix: 6-11-2022, 16:22