mobil versiya

Şəhid Anar Kazımov hərbi xidmətə belə yola salınmışdı - VİDEO




Sosial şəbəkələrdə ötən gün şəhid olan əsgər Anar Kazımovla bağlı yeni görüntülər yayılıb. 

Video Laçında şəhid olan əsgərimizin evində çəkilib. Anar hərbi xidmətə yola salınması münasibətilə təşkil edilən məclisdə dostları ilə xeyli rəqs edib.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. O, 4 ayın əsgəri olub. 2004-cü il təvəllüdlü Anar Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.



KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 4-08-2022, 10:00