Azərbaycan Elm Fondu Özbəkistanın müvafiq qurumu ilə əməkdaşlığa başlayır
Azərbaycan Elm Fondunda (AEF) Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin icraçı aparatı, Yaşnabad İnnovasiya Texnoparkı, Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondundan olan nümayəndə heyəti ilə görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd Özbəkistanın müvafiq qurumları ilə birgə layihələrin təşkil edilməsi, gənc tədqiqatçıların təcrübə keçmələri üçün imkanların yaradılması və kadr mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması olub.
Əvvəlcə qonaqlara Azərbaycan Elm Fondunda son illərdə görülən işlər, icra olunan layihələr haqqında ətraflı məlumat verib. Fondun icraçı direktoru Mehriban İmanova ölkəmizdə elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması, elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, o cümlədən bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə yaradılmış fondun əsas fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, AEF təbiət, texniki, humanitar və ictimai sahələr üzrə fundamental, tətbiqi və eksperimental tədqiqatların və digər elmi tədbirlərin qrant şəklində məqsədli maliyyələşdirilməsi sahəsində fəaliyyət göstərir.
Fondun həyata keçirdiyi qrant müsabiqələrinə layihələrin təqdim olunması qaydalarından danışan icraçı direktor alimlərin bu məqsədlə yaradılmış sistemdən istifadə edərək öz layihələrini burada yerləşdirdiklərini, layihə üzrə qiymətləndirmələrin də həmin sistem vasitəsilə aparıldığını diqqətə çatdırıb. O, Azərbaycan Elm Fondunun həyata keçirdiyi “Qarabağ Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin nəticələri barədə də qonaqlara məlumat verib. Bildirib ki, 32 layihənin daxil olduğu müsabiqədə fondun daimi ekspertləri və müstəqil elmi ekspertlər tərəfindən elmi ekspertiza nəticəsində 8 layihə seçilərək maliyyələşdirilib.
Mehriban İmanova Özbəkistanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkənin elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması baxımından yeni üfüqlər açacağına və birgə əməkdaşlığın yüksək səmərə verəcəyinə əminliyini ifadə edib.
Özbəkistanın Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondunun icraçı direktoru Bunyodjon Oxunov iki fond arasında sonrakı dostluq münasibətlərinin, təcrübə mübadiləsinin möhkəmləndirilməsi və inkişafının zəruriliyinə toxunub. Qeyd edib ki, Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu Azərbaycanda elm, təhsil, texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək və dəstəkləməyi qarşıya məqsəd qoyub.
Görüş çərçivəsində multidissiplinar istiqamətlər üzrə aparılacaq birgə tədqiqatlara dair icra olunacaq müştərək layihələr, prioritet istiqamətlər, eləcə də ekspert mübadiləsinin aparılması, maliyyə resursları və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı növbəti il ərzində hər iki qurumun birgə qrant müsabiqəsinin elan olunması qərara alınıb.
Sonra AEF ilə Elmin Maliyyələşdirilməsi və İnnovasiyaların Dəstəklənməsi Fondu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sonda Mehriban İmanova qonaqlara “Zəfər salnaməsi” və “Qarabağ” kitablarını, Azərbaycanın milli ənənələri ilə bağlı süvenirlər hədiyyə edib.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 15-12-2022, 17:00