Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ordumuzun həmin istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
KARUSEL / GÜNDƏM
Tarix: 29-05-2023, 10:16