mobil versiya

Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur



Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə yanaşı, Ermənistan ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər ki, Ermənistanın bir sıra provayderləri dövlət qurumlarımıza məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.
Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olmuşdur ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistan Respublikasının provayderləri tərəfindən bağlanıb.
Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücumlar aktiv şəkildə müşahidə olunur.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 4-10-2023, 10:38