Vətəndaşlardan 6 avtomat silahı götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Reportyor.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 26-da və 27–də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 qumbara, 1 alışdırıcı, 4 tüfəng və 16 patron darağı aşkar edərək götürüblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-10-2024, 10:29