Bu il ödəniş kartları ilə nə qədər əməliyyatlar aparılıb?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 90 milyard 654 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 42.4% və ya 27 milyard manat çoxdur.
Ötən ay debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 11 milyard 144 milyon manat təşkil edib ki, bunun 10 milyard 344 milyon manatı debet kartları ilə, 799 milyon manatı isə kredit kartları ilə aparılıb.
Cari ilin oktyabr ayının 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədədə yüksəlib ki, bu kartların 15 milyon 189 min ədədi təmassız kartlardır. Ödəniş kartlarının 2 milyon 273 min ədədi kredit kartları, 16 milyon 650 min ədədi isə debet kartlarıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-10-2024, 12:03