Yüzlərlə insan İsrailin evakuasiya əmri ilə İordan çayının qərb sahilindəki Cenin düşərgəsini tərk edib.
İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsindəki yüzlərlə fələstinli İsrail qüvvələrinin genişmiqyaslı reyd zamanı evakuasiya əmri verdikdən sonra cümə axşamı evlərini tərk etməyə başlayıb.
Reportyor.az xəbər verir ki, bu barədə Fələstin rəsmisi bildirib.
Cenin valisi Kamal Əbu ər-Rub AFP-yə bildirib ki, İsrail ordusu pilotsuz təyyarələrdə və hərbi maşınlarda səsgücləndiricilərdən istifadə edərək düşərgəni boşaltmağı əmr etdikdən sonra yüzlərlə düşərgə sakini tərk etməyə başlayıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:33