İran prezidenti: ABŞ-ın danışıqlara hazırlığı səmimi deyil
![](/uploads/posts/2025-02/1739181600_1739181512123.png)
İran prezidenti Məsud Pezeşkianbu gün 1979-cu il İslam İnqilabının ildönümünü qeyd etmək üçün ölkə boyu mitinq keçirən bir çox insan “Amerikaya ölüm” şüarları səsləndirərkən, ABŞ-ın Tehranla danışıqlara can atmaqda səmimiliyinə şübhə edib.
ABŞ Prezidenti Donald Tramp keçən həftə İrana qarşı maksimum təzyiq kampaniyasını bərpa etdi, o cümlədən Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün səylər və sanksiyaları sərtləşdirdi.
Tramp bununla belə, İranla razılaşmaya açıq olduğunu və Pezeşkianla danışmağa hazır olduğunu bildirib.
Reportyor.az xəbər verir ki, Pezeşkian Tehranın Azadi (Azadlıq) Meydanında televiziya ilə çıxışında deyib: “Əgər ABŞ danışıqlarda səmimi idisə, niyə bizə sanksiya qoydular?”
Onun sözlərinə görə, Tehran “müharibə istəmir, lakin xarici təzyiqlərə boyun əyməyəcək”.
İran dövlət televiziyası yüz minlərlə insanın 1979-cu il inqilabının ildönümünü qeyd etmək üçün mitinqdə iştirak etdiyini göstərib.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:39