mobil versiya

“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılacaq- Prezident Sərəncam imzalayıb



Prezident İlham Əliyev Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.

Reportyor.az xəbər verir ki, sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə imzalanıb.

Sənədə görə, Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır.

Nazirlər Kabineti “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin və Muzey Kompleksinə daxil ediləcək digər dövlət əmlakının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görməli; Muzey Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli; bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 11:51