"BBC News" Azərbaycandakı ofisini bağlayıb

"BBC News" Azərbaycandakı ofisini bağlayıb.
Reportyor.az xəbər verir ki, bu barədə BBC-nin açıqlamasında deyilir.
Qeyd edilir ki, "BBC News" Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “istəksiz qərar” verib.
Bildirilir ki, "BBC News"un Bakıdakı jurnalistlər komandası fəaliyyətini dayandırıb.
Qeyd edək ki, media korporasiyası Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-02-2025, 17:28