mobil versiya

Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT - VİDEO




Türkiyədən Bakıya qayıdan qadın yaşadığı evdə yanaraq ölüb.

REPORTYOR.AZ xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Beşmərtəbəli binada yaşayan sakinlər 3-cü mərtəbədə Xuraman Həsənovanın evindən alov çıxdığını görüb dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə gələn canlı qüvvə qapını qırıb mənzilə daxil olaraq alovu söndürüblər. Yanan mənzildən ev sahibi, ibtidai sinif müəlliməsi, 61 yaşlı Xuraman Həsənovanın meytini aşkar ediblər.

Mərhumun həyat yoldaşı Abbas Novruzov "Xəzər Xəbər"ə deyib ki, ayrı yaşadığı həyat yoldaşı ilə bir neçə gün əvvəl Türkiyəyə qızının toyuna gediblər. Ötən gün Bakıya qayıdandan sonra qadın öz, kişi də öz yaşadığı evə gedib.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib baxış keçiriblər. İstintaq qrupu daha sonra meyti məhkəmə tibbi-ekspertiza və patalojianatomiya birliyinə aparıblar.

Mərhumun bacısı Arzu Novruzova bildirib ki, istintaq qrupu ilkin araşdırma aparıarkən onlara hadisənin elektrik xətlərində baş vermiş qısa qapanmadan olduğunu bildiriblər. Hətta ütünün elektrikdə qoşulu vəziyyətdə qaldığı belə deyilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb..Hadisənin qətl və ya yanğın olub, olmaması müvafiq qurumlar tərəfindən araşdırılır.
MANŞET / BANNER / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 27-05-2022, 12:31