mobil versiya

Bakıda “Porsche” piyadanı vurub öldürdü - VİDEO




Bakıda yolu keçmək istəyən 68 yaşlı qadını avtomobil vurub.

REPORTYOR.AZ "Xəzər Xəbər"ə istinadən məlumatına görə, piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi günorta saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verib.

Ərazidə yaşayanların sözlərinə görə, 68 yaşlı Kimsəxanım Xatunbayeva piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu ''Porsche'' markalı avtomobil vurub. Xəsarət alan qadın zərbənin təsirindən başqa bir minik avtomobilinin üzərinə düşüb. Qadın aldığı xəsarətdən elə hadisə yerindəcə ölüb.

Sürücü Balabəy Ağayev deyib ki, sürəti saatda maksimum 60 km olardı. Hadisə yerinə dərhal yol patrul xidməti və rayon polis idarəsinin istintaq qrupu gələrək araşdırmalar aparıblar. Daha sonra qadının meyiti məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.

Ətrafda yaşayanlar iddia edirlər ki, yolun həmin hissəsində belə hadisələr tez-tez baş verir.


SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 3-11-2021, 16:00