mobil versiya

Erməni terroru: Qarabağdan Yaxın Şərqədək... - Bakı zirvəsindən görünən gerçəklik




Region təkcə işğalçı-separatçılarla yox, həm də erməni terroru ilə üz-üzədir; Türkiyə baş diplomatından İrəvana və Moskvaya Bakıdan mühüm ismarış; Türkiyə və Rusiya Qarabağ üçün də “Yol xəritəsi” hazırlaya bilər, əgər...  

Qoşulmama Hərəkatının XVIII Bakı zirvəsi yekunlaşdı. Toplantı Dağlıq Qarabağla bağlı da mühüm məqamlarla yadda qaldı. Söhbət öncəliklə beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün bir daha 120-yə yaxın ölkə tərəfindən təsbiti və təcavüzə qarşı Azərbaycana verilən yekdil dəstəkdən, bunun fonunda işğalçı Ermənistanın getdikcə daha təklənmiş duruma düşməsindən gedir.
Bu xüsusda Bakı sammitində işğalçılığa, işğalçı siyasətin tərkib hissəsi olan etnik təmizlənmələrə, terrorçuluğa müasir dünyamızda yer olmadığı fikri “qırmızı xətt” kimi keçdi. Qəbul edilən yekun sənədə isə bu xüsusda ilk dəfə olaraq, yeni və çox mühüm bir bənd daxil edildi. Həmin bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Bənddə bilavasitə “işğalçı” sözündən istifadə olunur ki, bu da bir daha Ermənistanın dünyanın ən azı, 120 ölkəsi tərəfindən təcavüzkar kimi tanınması deməkdir. Eyni zamanda, bu, Qarabağla bağlı təbliğat savaşında Bakının İrəvana növbəti diplomatik zərbəsidir.
Qoşulmama Hərəkatının XVIII Bakı zirvəsi yekunlaşdı. Toplantı Dağlıq Qarabağla ile ilgili görsel sonucu
Sammit çərçivəsində çıxışlar bu mənada İrəvana yetərinə aydın mesajlar idi ki, nəhayət, Ermənistan beynəlxalq birliyin iradəsinə, BMT-nin məlum qətnamələrinə tabe olub daşı ətəyindən töksün və Qarabağ məsələsində konstruktiv mövqe göstərsin. Bakı zirvəsindəki çıxışlardan da göründüyü kimi, bunu ən əvvəl izolyasiya şəraitində yaşayan erməni xalqının mənafeyi diktə edir.  
*****
Bakı zirvəsi zamanı Ermənistana özəl bir mesaj və xəbərdarlıq isə qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan gəldi. Türkiyə XİN rəhbəri nə qədər gec deyil, bir daha İrəvan rəsmilərini öz xalqı naminə praqmatizmə, reallığı doğru qiymətləndirib Qarabağla bağlı düzgün qərarlar verməyə, bölgədə Ermənistanın layiqli yerini tutması üçün gərəkəni etməyə, o cümlədən erməniləri beynəlxalq terrora dəstəyi dayandırmağa çağırdı.
Qoşulmama Hərəkatının XVIII Bakı zirvəsi yekunlaşdı. Toplantı Dağlıq Qarabağla ile ilgili görsel sonucu
“Türkiyə daima Azərbaycanı hər sahədə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”. Bunu qardaş ölkənin XİN başçısı zirvə görüşündə çıxışı zamanı dedi. Onun sözlərinə görə, Qarabağ ixtilafının həlli məsələsi daim Türkiyə rəhbərliyinin, prezident Rəcəb Tayyib Ərdoğanın diqqətindədir. M.Çavuşoğlu onu da bildirdi ki,  Türkiyə prezidenti bu məsələni həmişə rusiyalı həmkarı Vladimir Purinlə görüşdə qaldırır.
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti nəticə verməyəndə Türkiyə prezidenti deyirdi ki, Rusiya vasitəçi dövlət kimi bu konflikti nizamlaya bilər. Doğrudur, axırıncı Soçi görüşü zamanı bu məsələ gündəlikdə olmayıb.  Azərbaycanın ərazi bütövlüyü dinc nizamlama yolu ilə, beynəlxalq təşkilatların qərarları əsasında həllini tapmalıdır. Biz münaqişənin həli üçün səylərimizi əsirgəməyəcəyik. Sayın Ərdoğanın dediyi kimi, əgər Rusiya daha çox təşəbbüs göstərsə, bu problem çözülər. Bu həm də Ermənistanın xeyrinə olar, çünki o, regional layihələrdən kənarda saxlanılıb, bölgədə təcrid olunub”, - deyə Türkiyə XİN başçısı qeyd edib.
O,  çıxışında Türkiyəni daha çox Ermənistanın rəhbər şəxslərinin konfliktlə bağlı bəyanatlarının narahat etdiyini də söyləyib.
*****
suriyada erməni ile ilgili görsel sonucu

Beləcə, qardaş ölkənin baş diplomatı faktiki, Rusiyanı Qarabağ məsələsində real təşəbbüslə çıxış etməyə, erməni tərəfini ağla gətirməyə çağırıb, ən əsası, artıq belə bir təşəbbüsün vaxtı çatdığına aydın işarə vurub, Kreml səmimi şəkildə istəyərsə, Qarabağ münaqişəsinin aradan qalxacağına əminlik ifadə edib. Başqa sözlə, Rusiyanı əlində unikal rıçaqlar ola-ola, öz yaxasını kənara çəkməməyə çağırıb. 

Ankara-Moskva, Ərdoğan-Putin münasibətlərinin yüksək səviyyədə olduğu, Suriya böhranı ilə bağlı iki liderin ortaq, önəmli və tarixi qərarlara imza atdığı vaxtda niyə də Qarabağla bağlı da Rusiya Türkiyə ilə birgə hansısa “Yol xəritəsi” hazırlamasın? Mümkündür, bir şərtlə ki, Moskva regionda öz separatçılarına və işğalçılarına sahib çıxsın.\

Bu həm də Rusiyanın marağına cavab verir. Çünki birincisi o halda, böyük Qarabağ müharibəsinin baş vermə riski - hansı müharibə ki, Moskva və Ankaranı regionda toqquşdura bilər, - aradan qalxmış olacaq, ikincisi isə Qarabağ konfliktini kim yoluna qoyacaqsa, bölgədə də o qalmaq şansı əldə edəcək. Ona görə ki, özünə qarşı burada inam-etimad əldə edəcək, nəinki separatçılığı körükləməklə. Yeri gəlmişkən, bəzi iddialara görə, Moskva kuluarlarında Azərbaycanın KTMT-yə üzvlüyü qarşılığında 7 rayonun  qaytarılması müzakirə olunur (Bu barədə ətraflı ayrıca yazıda).            
*****
suriyada erməni ile ilgili görsel sonucu
Əlbəttə ki, Qarabağ məsələsində əsas sözü erməni xalqı və onun rəhbərləri deməlidir. Ermənilər, nəhayət, özləri üçün dəqiqləşdirməlidirlər: regionda qonşu xalqlarla dinc yanaşı, rifah içində yaşamaq, tərəqqi eləmək istəyirlər, yoxsa hansısa “üçüncü qüvvə”nin əlində oyuncaq kimi, marionet, vassal qismində bölgədə qeyri-sabitliyə, müharibələrə rəvac vermək, separatçı və terrorçu hərəkətlərlə özlərinə yeni fəlakətlər qazandırmaq, təcriddə qalmaq niyyətindədirlər?
Söz düşmüşkən, Bakıda Mövlud Çavuşoğlu PKK terror təşkilatının tərkibində ermənilərin də olduğunu və onların vaxtaşırı yaxalandığını söyləyib. Məlum olub ki, “Sülh çeşməsi” əməliyyatı da istisna olmayıb. 
“PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ keçirmişik”. Bunu da Çavuşoğlu Bakıda söylədi. Nazir xatırlatdı ki, daha əvvəl erməni terrorçuları türkiyəli diplomatları şəhid ediblər. “Ona görə də harada terror varsa, biz orada erməniləri görürük”, - deyə Türkiyə XİN başçısı təəssüflə vurğuladı.
Şübhəsiz ki, Moskva istəsə, erməni separatçılarının da, erməni terrorçularının da cilovunu yığar - Qarabağdan tutmuş, ta Suriyayadək. Çünki Ermənistan və ondan kənarda yaşayan ermənilər böyük ölçüdə Rusiyadan asıldırlar. Rusiyanı özlərinə əsas siyasi dayaq, 1-ci Pyotrdan üzü bəri tarixi himayədar sayırlar.

Təsadüfi deyil ki, oktyabrın 22-də Soçidə əldə olunan 10 bəndlik Ərdoğan-Putin anlaşması erməni tərəfini - baş nazir Nikol Paşinyanı da məmnun edib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, səbəb də əməliyyat zonasında yaşayan (Qamışlı) bir neçə minlik erməni əhalinin təhlükəsizliyi ilə bağlıdır. Paşinyan buna görə Putinə təşəkkür edib.

Əslində isə təşəkkür daha çox Ərdoğana düşür. Çünki yerli ermənilər də daxil, ərazidəki təhlükəsizliyi Rusiya deyil, böyük ölçüdə Türkiyə təmin edəcək. Əməliyyat davam etsəydi də, belə olacaqdı. Çünki Türk ordusu mülki əhali ilə, xalqlarla vuruşmur, yalnız erməni qanunsuz silahlı birləşmələr də daxil, terrorçu-separatçı ünsürlərlə mübarizə aparır - onların harada olmasından asılı olmayaraq.
Təəssüflər olsun ki, harada erməni var, bir qayda olaraq, orada terror da var. Demək, günün birində Qarabağda da antiterror əməliyyatı labüd olacaq - əgər ona qədər Rusiya erməni separatçı-terrorçuları ağıllandırmasa, Qarabağa dair “Yol xəritəsi” hazırlamasa...//musavat.com
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / SİYASƏT
Tarix: 28-10-2019, 10:20