Cəbhədən acı xəbər gəldi : Şəhidimiz var
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb.
Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb.
Babək Vəli oğlu Aslanov Babək Vəli oğlu Aslanov
Ancaq DSX-nin mətbuat xidməti telefon zənglərinə cavab verməyib. Mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu da tapmaq müşkülə çevrilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib..
“Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.
MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ / İDMAN
Tarix: 7-11-2019, 16:14