mobil versiya

Karantin rejimi uzadılacaq - Prezident açıqladı + Video







"Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir". 

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iki nazirlə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib ki, biz bu dinamikanı dayanıqlı etməliyik:

"Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır". 

Prezident daha sonra karantin rejimi ilə bağlı nazirlərə tapşırıq verib:


"Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq. Karantin rejimindən də çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik. Bunun hansı formada olacağını gərək hökumət, nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm ki, uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Məni indiki vəziyyətlə bağlı ən çox narahat edən insanların sağlamlığıdır. Bizim həkimlər əllərindən gələni edirlər ki, insanlara köməklik göstərilsin. Səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi onunla bağlıdır ki, xəstəliyin yayılma sürətini nəzarətdə saxlaya bildik".


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 17-04-2020, 17:17