mobil versiya

Türkiyə əsgərləri Xankəndinə daxil ola bilər - "Rusiya nə edəksə..."




“Biz dövlət siyasətimizi düşmənin duyğuları üzərində qurmuruq. Azərbaycanın maraqları var və hər kəs də proseslərin ölkəmiz daxilində getdiyini, bunun daxili işimiz olduğunu qəbul edir”.

Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. O bildirib ki, ermənilər mövcud vəziyyətlə razı deyilsə, yaşamaq üçün Qarabağa gəlməsinlər:

“Azərbaycan ərazisində kimin harada olmasını dövlət özü müəyyən edir. Bu baxımdan Azərbaycan istədiyi yerdə Türkiya ordusunun fəaliyyətini müəyyənləşdirə bilər. Ermənilər istəsələr də, istəməsələr də mülki idarəetməni biz edəcəyik. Bunu vasitəçilər, sülhməramlı qüvvələr etməyəcək. Azərbaycan Konstitusiyasına əməl edib burada yaşayacaqlarını nəzərə alıb, unutmasınlar ki, Dağlıq Qarabağda Azərbaycan Ordusu da olacaq. Həmçinin, günü sabah Türkiyə hərbçiləri sülhməramlı şəklində Xankəndində yerləşə bilər. Bu, onları qane etmirsə, gəlməyə bilərlər. Amma əmin olsunlar ki, Azərbaycan və Türkiya əsgəri onlara toxunmayacaq. İdarəetmə hamı üçün necə olacaqsa, onlar üçün də elə olacaq. Sülhməramlı missiya olaraq, Rusiya burada nə edəcəksə, Türkiyə də onu edəcək”.//Redaktor.az 
MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 1-12-2020, 14:26