mobil versiya

Bakıda hər kəsi duyğulandıran görüntülər - VİDEO



Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində çəkilən kadrlar böyük marağa səbəb olub. 

BAKU.WS xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntüdə yolu piyada keçidindən keçməyən istəyən it əks olunub. 

Bir müddət gözləyən itə heç bir sürücü yol vermir. Heyvan səbirsiz sürücülərin ona yol verəcəyini ümid edərək yol kənarında gözləyir. 

Ancaq bu baş vermir. Bu zaman yoldan keçən iki nəfər itin yolu keçə bilmədiyini görür. Piyadalardan biri yoldakı maşınları dayandırır və itin yolu keçməsinə kömək edir. 

Sözügedən kadrlar sosial şəbəkələrdə izlənmə rekordları qırır.


MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 9-10-2019, 11:00