Vüsalə adını qumarda hallandıranları polisə verdi
Aparıcı Vüsalə Əlizadə qumardan külli miqdarda pul qazanması və insanları buna təşviq etməsi barədə çıxan reklam materiallarına münasibət bildirib.
Minval.info xəbər verir ki, aparıcı bu barədə instaqramda yazıb. O, həmin media orqanlarını məhkəməyə verəcəyini vurğulayıb:
“İki gündür bu iyrənc xəbəri məndən soruşan dost-tanış, qohum-qonşu, həmkarlarım məni şok etdilər! Mənim bu işdən xəbərim yoxdur. Qazanacağım pul reklam müqabilində olsa belə, bu iyrənc yola əl atmaram, bunu kim edib hələ bilmirəm. Amma vəkilimin şikayəti ilə polis orqanları bu işə artıq nəzarət edir.
Bunu edən qürursuz bilir ki, Vüsalə Əlizadə Azərbaycan məşhurları arasında hörmətli və insanların güvəndiyi, etimad etdiyi və hər xəbərinə maraq göstərilən insanlardandır. Elə ona görə də bu rəzilliyi edib, adımla insanları aldadır ki, guya mən bu qumarabənzər iyrənc yolla milyonlar qazanmışam. Hələ insanlara da məsləhət görürəm. Qəzet və sayt rəhbərliyi bu rəzillikdən necə xəbərsizdir? Hakkersən, nə zibilsən, səni tapıb üzünə tüpürəcəyəm, gözlə. İnsanları aldatmaq, başqasına böhtan atıb adından sui-istifadə edərək pul mənimsəmək nə ilə nəticələnəcək görəcəksən. Xahiş edirəm, inanmayın bu iyrənc oyunlara, mənə heç bir aidiyyəti yoxdur”.
Aparıcı daha sonra şərh bölməsinə isə bunları əlavə edib:
“Sən demə, bəxtəvər olmuşuq, bir qoyub, min götürürük. Allah bəlasını versin. O buz kimi studiyalarda, dözülməz işıqların altında xəstə, sağlam halıma baxmadan tökdüyüm təri şərəfsiz, alçağa halal etməyəcəm. Axtarışdadır az qalıb”.
MARAQLI / BANNER / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-02-2020, 21:17