Xatun qardaşından yazdı: “Gənc yaşında səni yorduq, tələb etdik”
Müğənni Xatun Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında bir müddət əvvəl dünyasını dəyişən mərhum qardaşı stilist Balaşla bağlı status yazıb. Sənətçi qardaşının sağlığında ona çox yüklənildiyini və çox şey tələb edildiyini bildirib:
“Sənsiz keçən 6 ay... Torpağın üzü soyuqdur. Bax, sənsiz yaşayıram. İçimdəki suallarla, "kaş ki"lərlə mübarizə aparıram. Baxışların, mərhəmətli üzün, gözəl fikirlərin, bizi əzizləyən şirin dilin, sehrli əllərin və ən əsas nəfəsin üçün darıxıram. Ailən uğrunda yandın, kül oldun.
Gənc yaşında çox yükün oldu, üzərinə məsuliyyət götürdün. Başa düşmədən səni yorduq, tələb etdik. Heç “yox” demədin. İnşallah ki, rəbbim səni cənnətə aparıb. Çünki bu həyatda yaxşı insan oldun. Ona görə hər kəs sənə göz yaşı tökdü, rəhmət oxudu, yaxşılıqlarından danışdı. Bu, hər insana nəsib olmur. Əfsanə kimi gəldin, elə də getdin”.
SON XƏBƏR / KARUSEL
Tarix: 23-08-2021, 13:13