İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO
Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib.
REPORTYOR.AZ xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo" A. Əliyevin saxlanılarkən görüntüsünü əldə edib. Həmin fotonu təqdim edirik:
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-06-2020, 12:05