mobil versiya

Xalq artistinə AĞIR İTKİ




Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

REPORTYOR.AZ "Teleqraf"a istinadən xəbər verir ki, xanəndənin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

A.Əkbərov uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.

SON XƏBƏR / HADİSƏ
Tarix: 10-07-2020, 10:00